"WarnerMedia" və "Discovery" şirkətləri birləşərək media dünyasında üçüncü cəbhəni yaradıb.
Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, "Netflix" və "Disney"in yeni rəqibi olan şirkət "Warner Bros. Discovery" adlanır.
Yeni media şirkətinin 43 milyard dollarlıq bir layihə olduğunu qeyd edənlər tezliklə bu birləşmənin bazar qiymətinin 150 milyarda çatacağını ehtimal edirlər.















