• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Niderland səfiri Türkiyə XİN-ə çağırıldı

DÜNYA

24 Yanvar 2023 | 12:52

Niderland səfiri Türkiyə XİN-ə çağırıldı

Niderlandın Türkiyədəki səfiri Joep Wijnands Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

əbəb olaraq yanvarın 22-də Niderlandın Haaqa şəhərində bir şəxsin Qurani-Kərimi cırması göstərilib.

Qeyd olunub ki, bu hərəkətlər təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin əsas hüquq və azadlıqlarını, mənəvi dəyərlərini və sosial tolerantlığını hədəf alır.

“Niderland hakimiyyət orqanlarından hadisəni törədən şəxsə qarşı lazımi tədbirlər görməsini və belə hadisələrin təkrarlanmaması üçün konkret tədbirlər həyata keçirməsini gözləyirik”, - deyə bəyanatda vurğulanıb/apa.


SON XƏBƏRLƏR