• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nigeriyada qayıq aşdı: 15 nəfər ölüb

DÜNYA

30 Oktyabr 2023 | 08:49 | Müəllif: Qalib İbrahimoğlu

Nigeriyada qayıq aşdı: 15 nəfər ölüb

Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Taraba əyalətində sərnişinləri daşıyan qayıq batıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Mayorenero bölgəsindəki balıq bazarından Taraba əyalətinə qayıdan 100-dən çox sərnişini daşıyan qayıq Benue çayında aşıb.

Taraba Dövlət Daxili Su Daşıyıcıları İdarə Heyətinin sədr müavini Cidda Mayorenero bildirib ki, qəzadan sonra başlayan xilasetmə işləri zamanı 15 nəfərin cəsədi tapılıb.

Mayorenero bölgədə xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR