• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Türkiyədə idmançının ürəyi kəlbəcərli gəncə köçürüldü

DÜNYA

29 Noyabr 2023 | 00:55

Türkiyədə idmançının ürəyi kəlbəcərli gəncə köçürüldü

Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın orqanları bağışlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, idmançının ailəsi onun orqanlarının transplantasiyasına razılıq verib.

İsparta vilayətində baş verən qəza zamanı vəfat edən 24 yaşlı gəncin orqanları 4 nəfərə köçürülüb.
Məlumata görə, boksçunumşn ürəyi Akdeniz Universitetində cərrahiyyə şöbəsində azərbaycanlı gəncə köçürülüb. 24 yaşlı gənc Kəlbəcərin Başlıbel kəndindəndir.

Əməliyyatın uğurla başa çatdığı bildirilir. Azərbaycanlı gəncin anası Görkem Kaynarın valideynlərinə bir ömür təşəkkür borcunun olduğunu deyib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024