• Bakı 20° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Nurlan İbrahimovun UEFA-dan şikayətinə bu tarixdə baxılacaq

İDMAN

28 Avqust 2021 | 21:23 | Müəllif: Subhan Mahmudov

Nurlan İbrahimovun UEFA-dan şikayətinə bu tarixdə baxılacaq

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq.

Bakıvaxtı.az xəbər verir ki, dinləmələr 8 oktyabra təyin edilib.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026