• Bakı 20° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Ödənişi gecikdirilmiş işçilərin pulları ödənildi

CƏMİYYƏT

18 Fevral 2025 | 18:36

Ödənişi gecikdirilmiş işçilərin pulları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar ayında vətəndaş müraciətlərini araşdırarkən, işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 26 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bu vəsaitin 82,8 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənişlərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin 2 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025