• Bakı 10° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Oğuzda qəza - Xəsarət alanlar var 

HADİSƏ

04 Yanvar 2026 | 18:58

Oğuzda qəza - Xəsarət  alanlar  var 

Oğuzda avtomobil ağaca çırpılıb, ər-arvad və azyaşlı övladları xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə axşam saat 17 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon Cobankol kənd sakini Sarvan Piriyev idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı Sarvan Piriyev, həyat yoldaşı Cəhanə Piriyeva və 10 yaşlı övladları Ayan Piriyeva müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar Oğuz rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./APA 


SON XƏBƏRLƏR