"Rusiyada hərbi vəziyyətin tətbiqi ilə bağlı heç bir qərar qəbul edilməyib”.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.
O, qeyd edib ki, hazırda belə müzakirələr aparılmır.
Peskov vurğulayıb ki, bu, ən yüksək federal orqanın səlahiyyətində olan məsələdir.
Qeyd edək ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyada hərbi vəziyyətin tətbiq edilməsinin vacib olduğunu deyib.