• Bakı 28° C

    8.26 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Ölkədə yeni SES inşa olunacaq

İQTİSADİYYAT

27 May 2024 | 19:15

Ölkədə yeni SES inşa olunacaq

“Azərenerji” SC “Çaykənd-2” kiçik su elektrik stansiyasının (SES) tikintisi üçün tender elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin dövlət satınalmaları portalında yerləşdirdiyi elanda bildirilib.

Qeyd olunub ki, “Azərenerji” “Çaykənd-2” SES-in tikintisi üçün podratçı şirkət seçir.

Tenderdə iştiraka görə dövlət rüsumu 2 min 765,18 manatdır. Bundan başqa, tenderdə iştirak etmək istəyən şirkətlər tender komissiyasına təqdim etmək üçün tələb olunan sənədlərin siyahısı ilə tanış olmaq üçün 25 manat ödəməlidirlər.

Elanda qeyd edilib ki, tender üzrə işlərin smeta dəyəri 18 milyon 434 min 525 manatdır.

İddiaçılardan tender təklifləri 16 iyul saat 09:00-dək qəbul ediləcək. Tender proseduru elə həmin gün baş tutacaq.


SON XƏBƏRLƏR

18 Iyun 2024