• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ömer Çelik: “Bir daha iki dövlət və bir millət olduğumuzu hiss etdik” - VİDEO

SİYASƏT

28 Aprel 2021 | 15:42

Ömer Çelik: “Bir daha iki dövlət və bir millət olduğumuzu hiss etdik” - VİDEO

“Qardaş Azərbaycana və ölkədəki 48 partiyaya təşəkkürümüzü bildiririk”.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə AK Parti sözcüsü Ömer Çelik ABŞ Prezidenti Co Baydenin erməni “soyqırımı” ifadəsinə münasibət bildirərkən deyib.

O, “soyqırımı” ifadəsini əsla qəbul etmədiyini bəyan edib.

“Bu ifadədən istifadə edənləri şiddətli şəkildə qınayırıq. Bu məsuliyyətsiz, heç bir hüquqi təməli və tarixi əsası olmayan yanaşmadır”, - deyə sözçü əlavə edib.

Ömer Çelik Bakının sərgilədiyi münasibətə də münasibətini bildirib.

“Bu məsələdə bizim yanımızda oldular. Bir daha iki dövlət və bir millət olduğumuzu hiss etdik”, - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026