Xalq artisti Brilliant Dadaşova ad çəkmədən bəzi müğənniləri tənqid edib.
Bakıvaxtı.az Olaya-a istinadən xəbər verir ki, bu barədə o, “El canlı” proqramında danışıb. Sənətçi bildirib ki, onlar sənəti aşağı salırlar:
“Aparıcıları bəyənirəm. Sadəcə bəzi qonaqlar elə ab-hava yaradırlar ki, aparıcı onunla qeyri-etik dialoqlar qurur, belə suallar verir. Bəziləri qonaqla özünü sərbəst apara bilir. Evlərində, mətbəxdəki söhbət kimi… Bizdə evimizdəki söhbətləri edə bilərik. Amma bizim evimizdə, mətbəximizdə normal söhbətlər gedir. Onları biz səhnəyə çıxaranda fikrimcə, ayıb olmur. Elə söhbətlər var ki, onları ümumiyyətlə efirə çıxarmaq olmaz. Aparıcıların hamısını xoşlayıram. Sadəcə bir şey deyim, inciklik olmasın. Deyirlər ki, təlxək saraya daxil olanda, o, krala çevrilmir. Amma sarayı sirkə çevirə bilir. Belə müğənnilər də var ki, onlar sənətə gəlirlər, sənət onları heç cür qaldıra bilmir. Əfsuslar olsun ki, onlar sənəti aşağı salırlar”. (olay)