• Bakı 26° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Onlara öz dillərində danışmaq qadağan edildi

DÜNYA

09 Iyul 2024 | 13:12

Onlara öz dillərində danışmaq qadağan edildi

Almaniyada ukraynalılara öz dillərində danışmaq qadağan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, Almaniya polisi Rusiyanın Berlindəki səfirliyi yaxınlığında keçirilən etiraz aksiyaları zamanı ukraynalılara bu dildə danışmağı qadağan edib.

Belə ki, Rusiya səfirliyinə toplaşan 900-ə yaxın insan millətçi şüarlar səsləndiriblər.

Bildirilib ki, Berlin polisi müdaxilə edərək, onlara Ukrayna dilindən istifadə etməyi qadağan edib və yalnız alman və ingilis dillərində çıxış etməyə icazə verib.

Qəzet qeyd edib ki, qanuna görə, polisin mitinqlərdə xarici dillərdən istifadəni qadağan etmək hüququ yoxdur.

Bununla belə, hüquq-mühafizə orqanları ictimai təhlükəsizliyə potensial təhlükə görsələr, məhdudiyyətlər tələb edə bilər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026