• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“OPEC+”ın növbəti görüşü Vyanada keçiriləcək

DÜNYA

01 Oktyabr 2022 | 13:52

“OPEC+”ın növbəti görüşü Vyanada keçiriləcək

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) Nazirlərin Monitorinq Komitəsinin və bütün alyansın nazirlərinin oktyabrın 5-də Vyanada oflayn iclasının keçirilməsi barədə qərar qəbul edib.

Bu barədə Bakıvaxtı.az  Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) rəsmi elanına istinadən xəbər verir.


“Birgə Nazirlərin Monitorinq Komitəsinin (JMMC) 45-ci iclası və OPEC və qeyri-OPEC nazirlərinin 33-cü toplantısı 5 oktyabr 2022-ci il çərşənbə günü Avstriyanın paytaxtı Vyanada OPEC Katibliyində şəxsən (oflayn - red) keçiriləcək”, - təşkilatın mesajında ​​deyilir”, - elanda qeyd olunur.

Bu görüşlər qlobal COVID-19 pandemiyası ilə əlaqədar nazirlərin videokonfrans vasitəsilə görüşməyə başladığı 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR