• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Orduda hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

CƏMİYYƏT

08 Iyun 2023 | 17:17

Orduda hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

"N" hərbi hissəsində 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış çərçivəsində hərbi vəzifəlilərlə görüş keçirilərək onların mənəvi-psixoloji vəziyyəti yoxlanılıb, milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Həmçinin toplanışda hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Əvvəlcə hərbi vəzifəlilərə təhlükəsizlik, silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları çatdırılıb.

Təlim sahəsində praktiki vərdişlərini təkmilləşdirən hərbi vəzifəlilər silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və düzgün nişanalma qaydalarına əməl etməklə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


Orduda hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOOrduda hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOOrduda hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOOrduda hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026