“Ordu” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Bakıvaxtı.az xəbər verir ki, təcrübəli oyunçu Rüstəm Əliyevlə müqavilə imzalanıb.
196 sm boya malik basketbolçu son mövsümü Azərbaycan çempionu “Sabah”da keçirib.
Qeyd edək ki, R.Əliyev "Ordu" klubunun kapitanı olacaq.
















