• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ordumuzun şəhid olan əsgəri dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

04 Avqust 2022 | 12:18

Ordumuzun şəhid olan əsgəri dəfn edildi - YENİLƏNİB

Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, mərasimdə rəsmi şəxslər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

A.Kazımovun nəşi dəfn olunması üçün Qaracəmirli kənd qəbiristanlığına aparılıb, daha sonra yaylım atəşləri altında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

*** 10:57

Avqustun 3-də şəhid olan Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun nəşi ailəsinə təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidlə doğulduğu Şəmkir rayonunun Qaracəmirli kəndidə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, rayon icra başçısı və nümayəndəliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidlə vida mərasimi başa çatdıqdan sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Anar Kazımov 06.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutublar. 

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026