• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Ordunun sosial təminatı da həmişə diqqət mərkəzindədir"

CƏMİYYƏT

19 Dekabr 2023 | 13:41

"Ordunun sosial təminatı da həmişə diqqət mərkəzindədir"

“Azərbaycan ordusu müasir dünya standartlarına uyğun qurulub. Yeni sistemlər yaranır, silahlar meydana gəlir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 19 dekabr 2023-cü il tarixli iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsində deputat Siyavuş Novruzov deyib.

“Peşəkar kadrlar olmağına ehtiyac var. Cənab prezidentin son fərmanında da 3 yeni məktəbin yaradıldığını gördük. Bağlanılan müqavilələrin şərtləri də ona uyğun tədbiq olunur. Bu müddətin artırılması standartdır, dünyada bu cür qəbul olunub. Biri var dövlət bir şəxsi oxudur yetişdirir, biri də var müqavilə imzalayırlar. İstəsələr, imzalamaya bilərlər. Ordunun sosial təminatı da həmişə diqqət mərkəzindədir. Qanun mövcud vəziyyətə tam cavab verir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026