• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Orta Dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var”

SİYASƏT

19 Yanvar 2023 | 19:06 | Müəllif: Subhan Mahmudov

“Orta Dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var”

“Bu ildən etibarən biz Qazaxıstan neftinin tranzitinə başlamışıq. Türkmənistandan isə neft tranziti uzun illərdir həyata keçirilir. Bu dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.

“Hesab edirəm ki, hazırda iştirakçı dövlətlər arasında - Mərkəzi Asiyada, Qafqazda və Avropada sıx əməkdaşlıq olmalıdır. Gömrük nəzarəti üzərində fəal çalışmalıyıq ki, vahid pəncərə yanaşması müəyyən dərəcədə tətbiq edilsin. Tarif siyasəti isə bu marşrutun cəlbedici olmasını təmin etməlidir, ona görə yox ki, digər marşrutlar yoxdur, sadəcə, bu, kommersiya baxımından da belə olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR