Braziliyada məktəblərdə mobil telefondan istifadə qadağan edilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva bununla bağlı qanunu imzalayıb.
Qanun qüvvəyə mindikdən sonra həm dərslərdə, həm də tənəffüslərdə mobil telefondan istifadə qadağan olunacaq.
Lula da Silva məsələ ilə bağlı açıqlamasında qanunun “tamamilə” zəruri olduğunu və oxşar təcrübələrin başqa ölkələrdə də həyata keçirildiyini bildirib.
Lula da Silva vəzifəyə gəldiyi gündən bəri keçirdiyi görüşlərdə nazirləri və digər rəsmiləri telefondan istifadə etməmələri ilə bağlı xəbərdar etdiyini bildirib və cib telefonlarının diqqəti yayındırdığını vurğulayıb.
Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.
Nərgiz Məmmədli