• Bakı C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

“Oskar”a namizədlər açıqlanıb - TAM SİYAHI

MƏDƏNİYYƏT

23 Yanvar 2025 | 20:50

“Oskar”a namizədlər açıqlanıb - TAM SİYAHI

Kino Sənətləri və Elmləri Akademiyası 2024-cü il üçün “Oskar” mükafatına namizədləri açıqlayıb.

Bakıvaxtı.az Report-a xəbər verir ki, 97-ci mükafatlandırma mərasimi martın 2-də “Dolby Theatre”də baş tutacaq.

Ən yaxşı film: “Anora”, “Brutalist”, “Bob Dilan: Naməlum”, “Konklav”, “Dyun 2”, “Emiliya Peres”, “Mən hələ də buradayam”, “Nikel oğlanlar”, “Substansiya”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”.

Ən yaxşı rejissor: Şon Beyker – “Anora”, Breydi Korbet – “Brutalist”, Ceyms Menqold – “Bob Dilan: Naməlum”, Jak Odiar – “Emiliya Peres”, Korali Farca – “Substansiya”.

Ən yaxşı kişi rolu: Edrian Broudi – “Brutalist”, Timoti Şalame – “Bob Dilan: Naməlum”, Kolman Dominqo – “Sinq Sinq”, Reyf Fayns – “Konklav”, Sebastyan Sten - "Şagird: Trampın yüksəlişi”.

Ən yaxşı qadın rolu: Sintiya Erivo – “Pis: Qərbin ifritəsi haqqında nağıl”, Karla Qaskon – “Emiliya Peres”, Mayki Medison – “Anora”, Demi Mur – “Substansiya”, Fernanda Torres – “Mən hələ də buradayam”.

Ən yaxşı orijinal ssenari: “Anora”, “Brutalist”, “Əsl ağrı”, “5 sentyabr”, “Substansiya”.

Ən yaxşı uyğunlaşdırılmış ssenari: “Bob Dilan: Naməlum”, “Konklav”, “Emiliya Peres”, “Nikel oğlanlar”, “Sinq Sinq”.

Ən yaxşı vizual effektlər: “Yad: Romul”, “Daha yaxşı olmaq: Robbi Uilyams hekayəsi”, “Dyun 2”, “Meymunlar planeti: Yeni çarlıq”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”.

Ən yaxşı səs: “Bob Dilan: Naməlum”, “Dyun 2”, “Emiliya Peres”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”.

Ən yaxşı qısametrajlı film: “Girov”, “Anuya”, “Mən robot deyiləm”, “Sonuncu reyncer”, “Səssiz qala bilməyən adam”.

Ən yaxşı dizayn: “Brutalist”, “Konklav”, “Dyun 2”, “Nosferatu”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”.

Ən yaxşı orijinal mahnı: “Brutalist”, “Konklav”, “Emiliya Peres", “Pis: Qərbin ifritəsi haqqında nağıl”, “Vəhşi robot”.

Ən yaxşı saundtrek: “Brutalist”, “Konklav”, “Emiliya Peres”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”, “Vəhşi robot”.

Ən yaxşı sənədli film: “Qara qutu gündəlikləri”, “Başqa torpaq yoxdur”, “Forfor müharibəsi”, “Dövlət çevrilişinə saundtrek”, “Şəkər qamışı”.

Ən yaxşı cizgi filmi: “Axın”, “Tərs üz 2”, “İlbizin xatirələri”, “Uolles və Qromit: Ən vəhşi intiqam”, “Vəhşi robot”.


SON XƏBƏRLƏR

23 Yanvar 2025