• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ötən həftə 293 hektar ərazi minadan təmizlənib - ANAMA

CƏMİYYƏT

13 Sentyabr 2021 | 15:30 | Müəllif: Subhan Mahmudov

Ötən həftə 293 hektar ərazi minadan təmizlənib - ANAMA

Sentyabrın 6-dan 11-dək 293 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 piyada əleyhinə mina, 30 tank əleyhinə mina və 109 partlamamış hərbi sursat aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026