• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ötən il 74 bələdiyyə aktı ləğv edilib

SİYASƏT

10 Fevral 2025 | 11:06

Ötən il 74 bələdiyyə aktı ləğv edilib

Keçən il qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan 2024-cü il üzrə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"də öz əksini tapıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4 min 337 müraciətdən 3 min 963-nə (91,4%) baxılıb, 129-u (3%) aidiyyəti üzrə göndərilib, 245 (5,6%) müraciət isə baxılmaqdadır.

Məruzədə vurğulanıb ki, ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 2 min 668 aktdan 1416-sı (53,1%) ləğv edilib, 1133-ü (42,5%) dəyişdirilib, 9 (0.3%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isə baxılmaqdadır.

Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026