Azərbaycan Premyer Liqanın 12-ci turunda "Turan Tovuz"a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan "Səbail"in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Ağabala Ramazanovun həkim nəzarətində olduğunu deyib.
Onun sözlərinə görə, futbolçunun həyati təhlükəsi yoxdur: "Səhhətində ciddi problem yoxdur. Ağabala Ramazanovun xəstəxanadan evə nə vaxt buraxılcağı barədə konkret məlumat yoxdur”.
Qeyd edək ki, noyabrın 3-də Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən "Səbail" - "Turan Tovuz" matçının 45-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ağabala Ramazanov rəqib futbolçu ilə toqquşmada yerdə qalıb.
Dərhal meydana hər iki komandanın tibbi personalı daxil olub.
Futbolçunun durumu kritik olduğu üçün o, ambulansla xəstəxanaya aparılıb.
Ziyafət Əlisoy


















