• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Özbəkistan prezidenti Ərdoğanı təbrik etdi

DÜNYA

15 May 2023 | 12:20

Özbəkistan prezidenti Ərdoğanı təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilmiş seçkilərin nəticələri münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Özbəkistan Prezident Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün iki ölkə liderləri arasında telefon danışığı baş tutub.

Özbəkistan Prezidenti qeyd edib ki, seçkilərin nəticələri Türkiyə liderinin islahatlarına xalq dəstəyindən xəbər verir.

“Prezident Mirziyoyev Türkiyə liderini prezident və parlament seçkilərinin uğurla keçməsi, nəticədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi “Cümhuriyyət Alyansı”nın və ölkənin hazırkı prezidentinin seçicilərin səslərinin əksəriyyətini qazanması münasibətilə ürəkdən təbrik edib”, - deyə məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026