• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Pakistanın yeni Baş naziri o oldu

DÜNYA

11 Aprel 2022 | 16:14 | Müəllif: Qalib İbrahimoğlu

Pakistanın yeni Baş naziri o oldu

Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, Pakistan Milli Assambleyasında (parlamentin aşağı palatası) keçirilən səsvermə nəticəsində Şahbaz Şərif Pakistanın 23-cü baş naziri seçilib. O, 174 səs toplayıb.

Bundan əvvəl Pakistan parlamenti keçmiş baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Qeyd edək ki, bundan sonra onun onminlərlə tərəfdarı və rəhbərlik etdiyi “Təhrik-i-İnsaf” partiyası siyasətçiyə dəstək ifadə etmək üçün küçələrə axışıb.

Qeyd edək ki, Ş.Şərif ölkənin sabiq Baş nazir Nəvaz Şərifin qardaşıdır.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR