• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Paraşüt qülləsi” bərpa olunur? - AÇIQLAMA

CƏMİYYƏT

15 Avqust 2022 | 10:18

“Paraşüt qülləsi” bərpa olunur? - AÇIQLAMA

Yəqin ki, hər kəs dənizkənarı parkda və ya ora yaxın ərazilərdə gəzəndə bir anlıq da olsa gözü saat qülləsinə sataşıb. Əminəm ki, əksəriyyətin də ağlından “kaş ora çıxa biləydim”, “görəsən, ordan şəhər necə görünür” kimi fikirlər keçib.

Hazırda bu fikirləri reallaşdırmaq mümkün olmasa da, yaşlı nəsi o arzuları reallaşdırmağın şahidi olub.

Bakıvaxtı.az xatırladır ki, dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi hesab edilir. Bəli, bu, bildiyimiz saat qülləsidir. 75 metr hündürlüyündə olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü hesab edilirdi.

Bu qüllə Bakı Şəhər Sovetinin təşəbbüsü ilə "Bakinskiy Raboçiy" maşınqayırma zavodunda hazırlanmışdı. Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi.

Paraşüt qülləsinə 20, 25, 60 metrlik yüksəkliklərdən tullanmaq imkanı var idi. 1960-cı illərdə isə burada bədbəxt hadisə baş verdikdən sonra qüllə fəaliyyətini dayandırdı. Lakin qüllə sökülmədi, keçmişin bir xatirəsi olaraq saxlanıldı.

2008-ci ildən qüllənin üzərindəki lövhədə vaxt, küləyin gücü, havanın və dəniz suyunun istiliyi göstərilən lövhə yerləşdirilib.

Son zamanlar paraşütdən tullanmaq dəb halını aldığından, saat qülləsinin yenidən paraşüt qülləsi kimi fəalliyyət göstərəcəyi barədə fikirlər dolaşır. Səslənən fikirlər nə dərəcədə doğrudur? Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, bu haqda ictimaiyyətlə paylaşmaq üçün heç bir rəsmi məlumat yoxdur.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Aprel 2024