• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Paris-2024: Azərbaycan avarçəkəni 4-cü oldu

İDMAN

30 Iyul 2024 | 12:14

Paris-2024: Azərbaycan avarçəkəni 4-cü oldu

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko altı idmançı arasında dördüncü yeri tutub.

Bununla da olimpiyaçımız C/D yarımfinalına yüksəlib. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.Report


Paris-2024: Azərbaycan avarçəkəni 4-cü oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026