• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Parlament bu qanunlarda dəyişikliyi təsdiqlədi

SİYASƏT

21 Iyun 2024 | 13:02

Parlament bu qanunlarda dəyişikliyi təsdiqlədi

Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 21-də keçirilən iclasının gündəliyinə daxil edilib. 

Təklif edilən dəyişikliklərdə “elektron xidmət”in anlayışı verilir, dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına dair tələblər, həmin sistemin istifadəyə verilməsi, elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin aparılması qaydaları, dövlət informasiya ehtiyatları və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqi və auditinə dair ümumi qaydalar müəyyən olunur. Layihədə  ümumilikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan məsələlərə dair əsas müddəalar əks olunur.

Dəyişikliklərin bir qismi isə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlər zamanı Elektron Hökumət İnformasiya Sistemindən istifadənin daha da genişləndirilməsi, vətəndaşlara göstərilən xidmətlər zamanı vaxt itkisinin qarşısının alınması dövlət orqanları arasında məlumat mübadiləsi prosesinin daha da sürətləndirilməsi məqsədilə hazırlanıb. Layihədə, həmçinin normativ aktlar arasında uyğunluğun təmin edilməsi və dəqiqləşdirmə məqsədi daşıyan digər dəyişikliklər də öz əksini tapıb.

Günel Abbas


SON XƏBƏRLƏR