• Bakı 19° C

    7.21 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Parlamentin sədri istefaya göndərildi

DÜNYA

25 Aprel 2024 | 14:34

Parlamentin sədri istefaya göndərildi

Bolqarıstanda parlamentin sədri Rosen Jelyazkovu istefaya göndərmək barədə qərar qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, “Dəyişikliyə davam edirik” partiya blokunun deputat qrupu və “Demokratik Bolqarıstan” koalisiyasının irəli sürdüyü təklif Bolqarıstan Sosialist Partiyası və digər siyasi qüvvələr tərəfindən dəstəklənib.

Spikerin istefası barədə qərarın lehinə 129 deputat, əleyhinə 103 deputat səs verib.

Rosen Jelyazkov vəzifə səlahiyyətlərindən sui-istifadədə, parlamentin gündəliyinin müəyyən edilməsi və onun işinin digər aspektlərində pozuntulara yol verməkdə ittiham olunub. Spikeri dəstəkləyən parlament üzvləri isə ona qarşı yönələn arqumentlərin əsaslı olmadığını bildiriblər.


SON XƏBƏRLƏR

04 May 2024