Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində evdə partlayış olub.
Bakıvaxtı.az ATV-yə istinadən xəbər verir ki, sözügedən fərdi yaşayış evində qanunsuz spirtli içki istehsalı ilə məşğul olublar.
Məlumata görə, ev iki gün əvvəl kirayə götürülüb. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.
Qeyd edək ki, hadisə nəticəsində evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə: