• Bakı 19° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

Paşinyan erməniləri Qarabağdan QOVUR

CƏMİYYƏT

15 Avqust 2022 | 11:17

Paşinyan erməniləri Qarabağdan QOVUR

"Heç bir şübhə yoxdur ki, Ermənistanın baş naziri Paşinyan bütün erməniləri Qarabağdan qovmağı planlaşdırır. Əks halda, Laçın şəhəri, Zabux və Sus kəndlərindən təxliyə edilmiş vətəndaşlar mütləq Qarabağa köçürülərdi, onlara Qarabağa və ya Ermənistana köçmək üçün seçim hüququ verilməzdi". 

Bakıvaxtı.az bizim media-ya istinadən xəbər verir ki, bu barədə informasiya "Hraparak" qəzetində yer alıb.
"Belə olan halda insanlar Ermənistana köçməyə üstünlük verirlər. Çünki düşünürlər ki, nə vaxtsa Paşinyanın qərarı nəticəsində Xankəndindən və Qarabağın digər yaşayış məntəqələrindən də ermənilərin qovulması baş verəcək.  

Artıq bir neçə gündür ki, Laçın şəhəri və Zabux sakinlərinin əmlaklarının təxliyyəsi dövlət səviyyəsində təşkil olunub.

Əvvəlcə Şuşanın Kiçik Qaladərəsi kəndində Zabux sakinləri üçün evlərin təmir olunduğu deyilirdi, lakin müəyyən mərhələdə planlar dəyişdi.  

Artıq Zabuxdan köçən ailələr var. Onların bir qismi Qarabağın başqa rayonlarına, çoxu isə Ermənistana gedib.

Sus kəndinə gəlincə, kənd müharibədən dərhal sonra boşalıb. Orada vaxtilə 100-ə yaxın ailə yaşayıb.

İlkin məlumatlara görə, göstərilən üç kəndin əhalisinin cəmi 10-15%-i Qarabağda məskunlaşmaq arzusunda olduğunu bildirib", - deyə qəzet qeyd edib.


SON XƏBƏRLƏR

17 Aprel 2024