• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paşinyan qalib gəldi, bundan sonra nə olacaq? - Hərbi eskpert: "Verdiyi sözə əməl edəcək"

GÜNDƏM

21 Iyun 2021 | 13:21

Paşinyan qalib gəldi, bundan sonra nə olacaq? - Hərbi eskpert: "Verdiyi sözə əməl edəcək"

“Ermənistanda keçirilən parlament seçkiləri göstərdi ki, ermənilər revanşist qüvvələrə dəstək vermək fikrində deyil. Erməni xalqı Qarabağ klanının törətdiyi cinayətlərdən cana doyub”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert bildirib ki, erməni xalqının 50 faizdən çoxu Qarabağın və ətraf ərazilərin Azərbaycana aid olduğunu qəbul etdiyinə görə, üç tərəfli birgə bəyanatı imzalayan Paşinyanı seçkilərdə dəstəklədi: “Yenidən baş nazir seçilən Paşinyan əvvəlki fəaliyyətlərini davam etdirməkdə qərarlı olacaq. Paşinyan seçkilərdən öncə Ağdamın minalanmış ərazilərinin xəritəsini Azərbaycana vermişdi, əvəzində isə ölkəmizdə saxlanılan, ağır cinayət törətməyən ermənilər əks tərəfə qaytarılmışdı. Deməli, iki ölkə arasında etimad mühitinin yaradılması üçün ilkin addımlar atılıb. Burada Gürcüstan, Avropa böyük rol oynayır”.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasından verilən məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səs toplayıb. Paşinyanın partiyasına təkbaşına höküməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb.

Səsvermədə ikinci yeri 21,04 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku tutub. Üçüncü yerdə 5,23 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR