Ermənistanda dövlət çevrilişinə çağırış ittihamı ilə tutulan sabiq deputat Ruben Akopyanın barəsində həbs-qətimkan tədbiri ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan dövlət çevrilişinə açıq çağırış ittihamı ilə saxlanılıb.
Keçmiş deputatın saxlanılmasına iyulun 1-də yayılmış müsahibəsi səbəb olub.