• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Hərbi çevriliş, qiyam, inqilab olmasa..." - Paşinyanın qələbəsinə Azərbaycandan REAKSİYA

GÜNDƏM

21 Iyun 2021 | 11:10

"Hərbi çevriliş, qiyam, inqilab olmasa..." - Paşinyanın qələbəsinə Azərbaycandan REAKSİYA

Xəbər verildiyi kimi Ermənistanda kritik parlament seçkiləri başa çatdı və nəticələr ortadadır. MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.

Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a bildirib ki,  ermənilər Levon Ter-Petrosyandan, Robert Köçəryandan, Serj Sarkisyandan o qədər  qanunsuzluqlar və ədalətsizliklər görüblər ki, onlar Nikola səsə veriblər.

“Paşinyanın hökumət başçısı kimi naliyyətləri o qədər də böyük deyil. Lakin Ermənistanın rastlaşdığı nəhəng müşküllər, cəmiyyətdə hökm sürən ədalətsizlik, qanunsuzluq, dərəbəylik əvvəlki rəhbərlərdən qaynaqlanır. Bunu bilən əhaliyə seçkilər zamanı namizədliyini verən Nikol Paşinayan səs vermək qalır.

Nikol Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq,..  Ermənilər Levon Ter-Petrosyandan, Robert Köçəryandan, Serj Sarkisyandan o qədər əziyyət çəkiblər, o qədər qanunsuzluqlar, ədalətsizliklər görüblər ki, onlar Nikola səsə veriblər.

Hərbi çevriliş, qiyam, inqilab olmasa, baş nazir kimi Paşinyan Ermənistana xeyr gətirməyə qadirdir. Birinci baş nazirliyi dövründə o gözəl anladı ki, daha səmərəli fəaliyyət üçün ona nə mane olur? Əsas mane səmərəsiz məhkəmə sistemi olub. Satqın, rüşvətxor, xaricdən asılı olan məhkəmə sistemi ona uğurlu islahatlar aparmağa mane olur. Onun əsas məqsədi məhkəmə sistemini dəyişmək olacaq”,-deyə Z.Əlizadə bildirib.  

Politoloq qeyd edib ki, 10 noyabr bəyanatından irəli gələn məsələlərin icrası təkcə Ermənistandan asılı deyil: "Biz ədalət və barış axtarırıq. Qarşı tərəfdən də bunu gözləyirik". 

Ramid İbrahimov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026