• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"PayPal" kriptovalyuta ilə ödənişləri qəbul edəcək

İQTİSADİYYAT

30 Mart 2021 | 18:12

"PayPal" kriptovalyuta ilə ödənişləri qəbul edəcək

“PayPal” beynəlxalq ödəniş sistemi kriptovalyuta ilə ödəmə funksiyasını işə salacaq. Bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.

Qeyd olunur ki, yeni funksiya istifadəçilərə kriptovalyuta ilə alış üçün əlavə ödəniş və komissiya ödəmədən avtomatik olaraq rəmzi valyutaya çevirmək imkanı yaradır.

Bütün tranzaksiyalar ABŞ dolları ilə aparılır və şirkətlər tərəfindən standart “PayPal” konvertasiyası nisbətlərində qəbul edilən valyutaya çevrilir.

Bu funksiyadan hesabında ödəmək üçün kifayət qədər kriptovalyutası olan bütün istifadəçilər avtomatik olaraq yararlana biləcək. Bu gündən etibarən yeni xidmət ABŞ-da bütün “PayPal” istifadəçilərinə əlçatan olub.

Bundan əlavə, müştərilərə hesabında saxlanılan valyutadan və balansından asılı olaraq ödəmək üçün kriptovalyuta seçimi (“Bitcoin”, “Litecoin”, “Ethereum” və “Bitcoin Cash”) təmin ediləcək. Hər alış üçün isə yalnız bir növ kriptovalyutadan istifadə etmək mümkündür./apa/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026