• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Paytaxt sakinindən "Kalaşnikov" götürüldü - FOTOLAR

CƏMİYYƏT

30 Oktyabr 2023 | 09:00

Paytaxt sakinindən "Kalaşnikov" götürüldü - FOTOLAR

Lerikdə paytaxt sakinindən "Kalaşnikov" aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.


Paytaxt sakinindən "Kalaşnikov" götürüldü - FOTOLARPaytaxt sakinindən "Kalaşnikov" götürüldü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026