Kaluqa vilayətinin rəhbərliyi şəxsi nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa bildirib.
Qubernator gün ərzində hüquq-mühafizə orqanları ilə birlikdə normal hərəkətin təmin ediləcəyini deyib.
Qeyd edək ki, ötən gün Kaluqa vilayətinin qonşu Tula, Bryansk, Oryol və Smolensk vilayətlərinə bitişik ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.
















