Türkiyənin "Pegasus" Hava Yolları Rusiyaya və Rusiyadan bütün uçuşları dayandırıb.
Bakıvaxtı.az-ın "business-gazeta"ya istinadən məlumatına görə, şirkətin mətbuat xidməti bildirib ki, bu, Rusiyaya qarşı sanksiyaların tətbiqi kontekstində əməliyyat riskləri ilə bağlıdır.
Qərar martın 13-dən 27-dək qüvvədə olacaq.
“Göstərilən tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletlərin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdirlər”, - deyə şirkətdən bildirilib.
Ramid İbrahimov
















