ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdə vəziyyətin çox ciddi olduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu mövzuya toxunulub.
Bildirilib ki, Yaxın Şərqdə vəziyyət çox ciddidir:
"Vəziyyət kəskinləşib. Biz yeni silah vasitələrinin və müdafiə mexanizmlərinin formalaşdırılması ilə bağlı qərar almışıq. Ehtimal edilən hücumları ciddi qəbul etməliyik və hazırlıq tədbirlərini böyük səylə davam etdirməliyik",- Rayder diqqətə çatdırıb.
Əli Hüseynov
















