Rusiya Ukrayna ilə davamlı sülhə can atır, lakin bu, yalnız Rusiya öz maraqlarını təmin etdikdən sonra mümkün olacaq.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya davamlı bir sülh istəyir:
"Davamlı sülhə yalnız maraqlarımızı qoruduqdan və əvvəldən bəri mövcud olan məqsədlərə çatdıqdan sonra nail olmaq olar".
Peskov qeyd edib ki, münaqişənin həlli ilə bağlı əsaslı danışıqlar yalnız Rusiya qoşunları Rusiyanın yeni bölgələrinin inzibati sərhədlərinə çatdıqdan sonra başlaya bilər.
Gülşən Şərif
Bakı 




