• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Piyadaların döyüş maşınlarının yaradıcısı vəfat etdi

DÜNYA

12 Dekabr 2022 | 17:54

Piyadaların döyüş maşınlarının yaradıcısı vəfat etdi

Rusiyanın Kurqan şəhərinin fəxri vətəndaşı, RSFSR-in əməkdar maşınqayırma mühəndisi, piyadaların döyüş maşınlarının (PDM) yaradıcısı Danil Relin 92 yaşında Kurqanda ölüb.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Kurqan şəhər administrasiyası dekabrın 12-də məlumat yayıb.

Bildirilib ki, Danil Zaxaroviç Relinin “Kurqanmaşzavod” məhsullarının qlobal silah bazarında rəqabət qabiliyyətini artırmaq məqsədilə PDM-1, PDM-2, PDM-3 maşınlarının, müxtəlif mülki texnikanın işlənib hazırlanması və kütləvi istehsalında böyük əməyi olub.

D.Relin “Qırmızı Əmək Bayrağı” ordeni, "Əmək igidliyinə görə", "Rəşadətli əməyə görə" medalları ilə təltif edilib. O, 1930-cu il dekabrın 14-də Belarusun Moqilev vilayətinin Krasnopolye kəndində anadan olub. 1954-cü ildə Leninqrad Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1954-cü ildən Kurqan Maşınqayırma Zavodunda işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026