• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Piyadanı vurub qaçan sürücü saxlanıldı

HADİSƏ

20 Dekabr 2022 | 11:27

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, dekabrın 14-də saat 5 radələrində Nəsimi rayonu ərazisində yolu keçən Qazax rayon sakini R.Osmanovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yol-nəqliyyat hadisəsinin taksi fəaliyyəti göstərən “Toyota Prius” markalı avtomobillə törədilməsi müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Mərdanlı saxlanılıb. Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026