• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

PKK liderlərindən biri Almaniyada həbs edilib

CƏMİYYƏT

03 Sentyabr 2024 | 16:41

PKK liderlərindən biri Almaniyada həbs edilib

Almaniyada terror təşkilatı PKK-ya rəhbərlik edən Kənan Ayaşın 4 il 3 ay həbs cəzası aldığı bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə alman mətbuatında məlumat yayılıb.

Bildirilib ki, Hamburq Əyaləti Ali Məhkəməsi Kənan Ayası terror təşkilatı PKK-nın yüksək rütbəli icraçısı olmaqda günahlandırıldığı işdə 4 il 3 ay həbs cəzasına məhkum edib.

Qeyd olunub ki, Ayas təşkilat üçün ianə və xərac toplayıb, terror təşkilatının Avropa adlanan rəhbərliyinə hesabat verib, onların göstərişlərini yerinə yetirib.

Qeyd edək ki, PKK 1993-cü ildən Almaniyada terror təşkilatı sayılır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Sentyabr 2024