• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Plastik kömürü ötə bilər

CƏMİYYƏT

22 Oktyabr 2021 | 16:39

Plastik kömürü ötə bilər

ABŞ -da aparılan bir araşdırmaya görə, istehlakı çox sürətlə artan plastik, iqlim dəyişikliyinə səbəb olan mənfi amillər siyahısında olan kömürdən qabağa keçə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Bennington Kollecinin Beyond Plastics təşkilatının apardığı araşdırmada plastikdən istifadə nəticəsində meydana gələn ən az 232 milyon ton karbon əsaslı emissiya həcminin orta ölçülü 116 kömürlə işləyən qurğunun illik emissiyasına bərabər olduğu bildirilib.

Araşdırma hesabatında plastik sənayesinin bildirilən emissiyalarının 2019 -cu ilə nisbətən 2020 -ci ildə 10 milyon ton artdığı, sənayeye daxil ediləcək 12 obyektdə inşaatın davam etdiyi və 15 obyektin planlaşdırma mərhələsində olduğu qeyd edilib.

Araşdırma yeni qurğularla 2025-ci ilə qədər ildə 40 milyon tondan çox istixana qazı tullantılarının olacağını və ABŞ plastik sənayesinin iqlim dəyişikliyinin təsirinin 2030-cu ilə qədər kömürlə işləyən elektrik stansiyalarını keçəcəyi fikrini ortaya qoyub.

Araşdırmaya qatılan elm adamları ölkənin kömürlə işləyən elektrik stansiyalarının 65 faizinin bu yaxınlarda bağlanmasının sevindirici olduğunu, ancaq plastik istehsalının artmasının bu gəlirləri üstələdiyini söyləyiblər.

Elm adamları böyük bir ekoloji problem olan plastik istehsalı və atılması məsələsinin nə infrastruktur büdcəsi üzərində uzun müddətdir müzakirə edən ABŞ Konqresinin, nə də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının gündəmində layiqli yerini tapdığını qeyd ediblər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR