• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polis rəisi özünü ürəyindən güllələyib - Baş Prokurorluq

HADİSƏ

09 Iyul 2021 | 12:26

Polis rəisi özünü ürəyindən güllələyib - Baş Prokurorluq

Baş Prokurorluq Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026