• Bakı 19° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü - YENİLƏNİB + FOTO

HADİSƏ

09 Oktyabr 2024 | 23:00

Namiq İsmayılovun oğlu faciəvi şəkildə öldü - YENİLƏNİB + FOTO

Yol qəzasında dünyasını dəyişən Cavid İsmayılzadə polis polkovniki Namiq İsmayılovun oğludur. 

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Namiq Qəzənfər oğlu İsmayılov Binəqədi rayon Polis İdarəsinin sabiq rəisi olub.

Qəzada dünyasını dəyişən Cavid İsmayılzadə Nərimanov rayonu polisinin müavini olub. 

22:39

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.


SON XƏBƏRLƏR

09 Oktyabr 2024