• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Polisdən əməliyyat - Taksi sürücüsü saxlanıldı

CƏMİYYƏT

09 Sentyabr 2022 | 12:01

Polisdən əməliyyat - Taksi sürücüsü saxlanıldı

Qobustanda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

Belə ki, ”VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü,taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini Rauf Əliyev yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “Saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmadığı məlum olub. Həmçinin R.Əliyevin hərəkətlərində narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul etdiyi sübuta yetirilib.

R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılmasından ötrü rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Polisdən əməliyyat - Taksi sürücüsü saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR