• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Polisdən xüsusi ƏMƏLİYYAT - İrana casusluq edənlər saxlanıldı

CƏMİYYƏT

01 May 2023 | 19:40 | Müəllif: Subhan Mahmudov

Polisdən xüsusi ƏMƏLİYYAT - İrana casusluq edənlər saxlanıldı

Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib.

    Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin satışını təşkil etməklə “kərimə dövlət”inin əlaqələrini dərinləşdirməyə çalışıblar.

    Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

    Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar var.

    Həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR