• Bakı 29° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8181

    RUB - 0.0191

Səhiyyə Nazirliyində Litva Dövlət Tibbi Sığorta Fondunun Baş direktoru ilə görüş keçirilib

CƏMİYYƏT

31 May 2023 | 18:13

Səhiyyə Nazirliyində Litva Dövlət Tibbi Sığorta Fondunun Baş direktoru ilə görüş keçirilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Litva Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sığorta Fondunun Baş direktoru Qintaras Katsaviçusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurlu əməkdaşlığını diqqətə çatdırdı.

Nazir qeyd etdi ki, əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sosial layihə olan icbari tibbi sığortanın 2021-ci ildən etibarən respublikamızda tam tətbiq olunur.

Teymur Musayev Səhiyyə Nazirliyinin bu prosesə dəstək olduğunu qeyd edib. İcbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur. Bildirilib ki, bütün islahatların əsasında səhiyyə sisteminin rəqəmsallaşdırılması dayanıb və icbari tibbi sığortanın tətbiqi bu sistemin bir hissəsidir. Bununla yanaşı, qabaqcıl tibbi texnologiyaların səhiyyə sisteminə gətirilməsi və tibbi xidmətlərə vətəndaşın əlçatanlığını, habelə bu sahədə sosialyönümlüyünün təmin edilməsi önəmli məsələlərdir. Bu istiqamətlərdə ölkədə lazımi addımlar atılır.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Litva Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sığorta Fondunun Baş direktoru ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. Qintaras Katsaviçus, həmçinin Litvanın sığorta sisteminin tətbiqi ilə bağlı əldə edilən təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR

24 Iyun 2024