• Bakı 23° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Polşa "Boeing"dən 96 ədəd "Apache" helikopteri alacaq

DÜNYA

14 Avqust 2024 | 15:35 | Müəllif: Gülşən Şərif

Polşa "Boeing"dən 96 ədəd "Apache" helikopteri alacaq

Polşa hökuməti "Boeing" şirkəti ilə 96 "AH-64E Apache" hücum helikopterinin alınması üçün müqavilə imzalayıb.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə "Boeing" aviasiya şirkəti açıqlama yayıb.

Şirkətdən verilən məlumata görə, saziş Polşa Silahlı Qüvvələrinin "Apache" helikopter parkının ölkənin müdafiə sənayesi tərəfindən saxlanılması və dəstəklənməsini, eləcə də təlim proqramlarının təşkilini və kompozit materiallar laboratoriyasının inkişafına dəstəyi nəzərdə tutur.

Qeyd edək ki, "Boeing" şirkəti 40 ildən artıqdır Arizona ştatının Mesa şəhərində "AH-64 Apache" helikopterləri istehsal edir. Şirkətdən bildiriblər ki, hazırda dünyada 1290-dan çox "Apache" təyyarəsi texniki dəstək və təlim dəstəyi üçün "Boeing Global Services" tərəfindən dəstəklənir. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026